Respublika Pediatriya Mərkəzi bir gündə üç tender keçirib. Tribunainfo.az bildirir ki, TƏBİB-in tərkibində fəaliyyət göstərən qurum onlardan birini uduzub, digər ikisini isə udub.
Belə ki, 393.455,66 manat dəyərində olan müxtəlif növ avadanlıqların alınması və quraşdırılması üzrə satınalma müqaviləsi “KRİPTO LAB” MMC ilə bağlanılıb.
Digər udulan tender isə ehtiyac olan müxtəlif çeşiddə malların satın alınması ilə bağlı olub. Tibbi geyimlər satan “DRESS UNİFORM” MMC ilə bağlanan müqavilənin dəyəri isə 156.890,44 manat olub.
Respublika Pediatriya Mərkəzinin uduzduğu tender isə müxtəlif növ avadanlıqların təmiri xidməti ilə bağlı olub. 152.295,52 manatlıq müqavilənin ləğvinə səbəb isə qanunların pozulması olub. Belə ki, mərkəz satınalmalaq haqqında qanunun 36.1.1-ci maddəsinin tələblərini yerinə yetirməyib.