PEDİATR DEPUTATIN İTLƏRİ KOREYAYA SATMAQ TƏKLİFİNƏ CAVAB VERDİbackend

PEDİATR DEPUTATIN İTLƏRİ KOREYAYA SATMAQ TƏKLİFİNƏ CAVAB VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər sahibsiz itlərlə bağlı müzakirələr intensivləşib. Çünki it dişləmələri çoxalıb. Müzakirə edilir, ancaq bir çıxış yolu göstərən yoxdur.

Tribuninfo.az yazır ki, bu barədə danışan pediatr Vaqif Qarayev bildirib ki, it dişləməsi təkcə quduzluğa yoluxdurmaqla yekunlaşmır, qorxudan uşaqlarda daha ciddi fəsadlar yaranır. Ona görə də təcili tədbir görülməlidir:

“İtlər ciddi xəsarət yetirir uşaqlara da, böyüklərə də. Tv-də qonaq olan biri bildirir ki, valideynlər məsuliyyətsizdi, uşaqları nəzarətsiz qoyurlar! Bəs böyüklər? Onlara da kimsə nəzarət etməlidir ki? Siz dediyiniz çıxış yolu deyil, müəllim.

Deputat təklif edib ki, sahibsiz itləri xaricə sataq. Hamı etiraz edir. Heyvansevərlər ciddi etiraz edir bu təklifə. İllərdi bu müzakirələri izləyirəm. Bir nəfər normal çıxış yolu göstərmir. Heyvanları sevmək lazımdır, amma bir yerə qədər. Sənin sevdiyin it digərinin balasını quduzluğa yoluxdurur, ya ciddi xəsarət yetirirsə, sevgi bitməlidir artıq. Çünki nə zamansa sən özün də xəsarət alacaqsan”.