Paytaxtda iki bölməyə yeni polis rəisləri təyin edildi

Paytaxtda iki bölməyə yeni polis rəisləri təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakının iki polis bölməsinə yeni polis rəisləri təyin olunub.
TİA.AZ Report-a istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinin (PŞ) rəisi, polis polkovnik-leytenantı Elşən Tağıyev vəzifəsindən azad olunaraq Binəqədi RPİ-nin yeni yaradılan 43-cü Polis Bölməsinin rəisi təyin edilib.
Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisi, polis polkovnik-leytenantı Rahid Nağıyev işdən azad edilərək yeni yaradılan Xəzər RPİ-nin Binə Polis Bölməsinin rəisi təyin olunub.