Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxt və bölgələrdə silahlı şəxslərə qarşı əməliyyatlar keçirib.
Tribunainfo.az DİN-ə istinadən xəbər verir ki, idarə əməkdaşları tərəfindən paytaxt və bölgələrdə üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan və satışını təşkil edən şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib. Tədbirlər zamanı ümumilikdə 19 silahlı şəxs saxlanılıb. Onlardan 18 ədəd odlu silah, o cümlədən 6 “Makarov” və Avropa istehsalı olan tapança, 7 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd “PM-98” pulemyotu, 4 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmçinin 243 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb. Silahlı şəxslərdən birindən əlavə olaraq 2 kiloqrama yaxın narkotik vasitə marixuana da aşkar edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan 19 nəfərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.