“Paysis” MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edildi

“Paysis” MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paysis” MMC-nin vəzifəli şəxsi 1 000 manat məbləğində cərimə edilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı və 17-ci maddələrinin tələblərinə uyğun olaraq ödəniş sərəncamının icrasından əvvəl sərəncamın icra müddəti və nəzarət orqanının əlaqə məlumatlarının əlçatanlığının təmin edilməsi, ödəniş sərəncamından sonra isə ödəniş xidməti istifadəçisinin məlumatlandırılması zamanı ödəniş əməliyyatlarının icrası üzrə ödənilən xidmət haqlarının məbləği barədə məlumatın təqdim edilməsi istiqamətində verilmiş icrası məcburi göstərişin vaxtında icra edilməməsinə görə “Paysis” MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə müvafiq olaraq 1 000 manat məbləğində cərimə edilib.