Payızda insanların nə üçün çəki aldığının səbəbi məlum olub. Tribunainfo.az xarici mediaya istinadən xəbər verir ki, endokrinoloq Yelena Ostrovskaya payızda serotonin çatışmazlığı səbəbindən insanın çəki aldığını bildirib.
Ostrovskayanın sözlərinə görə, payızda hava temperaturunun dəyişməsi və gün işığının azalması səbəbindən orqanizmdə daha az serotonin istehsal olunur. Nəticədə apatiya, mövsümi depressiya və ruh düşkünlüyü inkişaf edir.
Bu “xoşbəxtlik hormonu”nun çatışmazlığını aradan qaldırmaq üçün insan qeyri-ixtiyari olaraq daha çox yağlı və şirin qida yeməyə başlayır.