Bu soyuq payız günlərində bir çoxumuz emosional hisslər yaşayır, özümüzü yorğun hiss edirik.
Bakupost.az bildirir ki, mütəxəssislər bununla bağlı bir sıra məsləhətlər veriblər.
Onlar payız aylarında orqanizmin qışa hazırlığı, xəstəliklər, immunitetin zəifləməsi, havaların erkən qaralması, soyuq keçməsi ilə əlaqədar əmələ gələn passivlik, hərəkətsizlik və yorğunluq kimi problemlərin ola biləcəyini qeyd edir və aşağıdakı təklifləri verir.
– Soyuq hava ilə bədən temperatur dəyişikliyinə uyğunlaşmaq üçün xərclədiyi enerjini azalda bilər, aldığınız və xərclədiyiniz kalori balansını tutmağa çalışın.
– Soyuq hava su istəyinizi azalda bilər, lakin gündəlik 3,5 ml/kq su qəbul etməyə çalışın.
– Artan karbohidrat istəklərinizi yeməklərinizdə protein tərkibi ilə əvəzləyə bilərsiniz, meyvə və qoz-fındıq ilə hazırlanmış qəlyanaltılar sizə kömək ola bilər.
– Həftədə ən azı 2-3 dəfə (1 saat gəzinti) fiziki fəaliyyətdə olun.
– Mövsümün rəngarəng meyvə və tərəvəzlərindən istifadə etmək, vitaminlər, minerallar və liflər qəbul etmək immunitetinizi gücləndirəcək. Sarıkök, zəncəfil, bal, bitki-meyvə çayları immunitetiniz üçün yaxşı alternativ olacaq.
– Vitamin D3 səviyyəsi xüsusilə qış aylarında vacib olduğundan onu analiz etdirə bilərsiniz (Norması 20-50 ng/ml)