Pediatr Nigar Süleymanova payız və qış aylarında uşaqlarda keçməyən burun axıntısı, bəlğəmli öskürəyin səbəblərindən danışıb.
Tribunainfo.az xəbər verir ki, pediatrın sözlərinə görə, bu problemin bir yox, bir neçə səbəbi olur:
“Əgər sizin uşağınızda hər il payız və qış mövsümündə hec keçməyən burun axıntısı, bəlğəmli öskürək varsa altda yatan səbəbi aradan qaldırmaq lazımdır. Bu problem aradan qaldırılsa uşaq tamamilə sağalır.
Səbəblər allergiya, mədə reflüksu, burun sümüyünün əyriliyi və immunitet zəifliyidir. Bu problemlərdən biri və ya bir neçəsi uşaqda varsa, payız və qış aylarında davamlı olaraq burun axıntısı, bəlğəmli öskürək olacaq”.
Nigar