Pavel Durovun saxlanmasına Fransadan REAKSİYAbackend

Pavel Durovun saxlanmasına Fransadan REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parisdə saxlanılan “Telegram”ın təsisçisi Pavel Durovun işini aparan müstəntiqlərdən biri onun axtarışda olduğunu bilə-bilə Fransaya uçmaq qərarına gəlməsinə təəccüb etdiyini bildirib.

Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

“”Telegram”ın bu cəzasızlığı bitməlidir” , – Pavel Durovun saxlanmasına münasibət bildirən Fransa hüquq-mühafizə orqanlarının adı açıqlanmayan rəsmisi bildirib.

Qeyd edək ki, Pavel Durov dünən Parisdə saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittiham olunur.