Mülki Müqavilə Partiyasından xaric edilmiş Nikol Paşinyanın fəal tərəfdarı Tatul Asilyan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Tribunainfo.az xəbər verir ki, o, bu barədə özünün Facebook hesabında yazıb. Bir müddət əvvəl Bakıya səfər etmək istədiyini, Qarabağın Azərbaycana məxsus olduğunu, habelə Ermənistanın keçmiş rəhbərliyinin Azərbaycanla düşmənçilik etməsini kəskin tənqid edən Asilyan qeyd edib: “Məsələni izlədiyi, müzakirəyə çıxardığı və Bakıya dəvətimə dəstək verdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Əminəm ki, bu, Ermənistan-Azərbaycan sülh müqaviləsinin bağlanması üçün yeni imkanlar açacaq”.