Ermənistan parlamentinin deputatı Tiqran Abramyan hesab edir ki, Paşinyan iqtidarının Azərbaycan və Türkiyə ilə ortaq anlaşma olduğuna dair vədləri təhdidlərin neytrallaşdırılması baxımından heç bir təminat yaratmır. Tribunainfo.az xəbər verir ki, o, təminat üçün daha ciddi zəminlərin olmasının vacibliyini qeyd edib.
Abramyan iddia edir ki, Azərbaycan sülh danışıqları prosesini məqsədli şəkildə yubadır. “Məncə, minimum plan Ermənistana tələbləri genişləndirmək, əlverişli geosiyasi şərait olduğu halda isə maksimum planı, o cümlədən, güc tətbiq etməklə həyata keçirməkdir”.