İnsan resurslarının tükəndiyi Ermənistanda məhbusların Qarabağ cəbhəsinə göndərilməsi barədə məlumat verilmişdi.
Bu gün Ermənistanın Ədliyyə naziri Rustam Badasyan parlamentdə jurnalistlərə bildirib ki, məhbusların cəbhəyə göndərilməsi məsələsinə baxılır. O bildirib ki, həbsxanalar Ədliyyə nazirliyinə tabe olsa da, məhbusların cəbhəyə göndərilməsi üçün onların cəzası dəyişməlidir. Bu məsələyə isə prokurorluq baxır.
Artıq “onlarla məhbusun könüllü olaraq cəbhəyə getməsi haqqında müraciəti mövcuddur və onların içərisində keçmiş ədliyyə nazirinin müavini Vahe Danielyan da var”- Badasyan deyib.
Ermənilər suyu olmayan quyuya su tökməklə dərdlərinə çarə axtarırlar. Tükənmiş düşmən boğulur və saman çöpündən yapışır. Onun boğulması artıq zaman məsələsidir. /// moderator.az