“Baş nazir Nikol Paşinyan son çıxışında Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləməsinə görə Rusiya liderinin ona işarə edən bəyanatına cavab verdi. Nikol dedi ki, bu mövqeyi üçtərəfli sənədə kölgə salmır. Yəni yenə Moskvanın məsuliyyətini xatırlatdı. Görünən budur ki, Paşinyan Azərbaycanla Rusiyanı üz-göz etmək istəyir. Onun hiyləgər və oyunbaz addımları, çıxışları Bakı-Moskva əlaqələrini korlamağa hesablanıb. Ancaq yenə uduzan Ermənistan olacaq. Ötən ilin sentyabrında sərhəd münaqişəsi də bu hiyləyə görə idi, alınmadı, indi də eyni manevr var”. Tribunainfo.az-ın analitik şöbəsi bu qənaətdədir. Təhlilçilər hesab edirlər ki, Roma statutunu ratifikasiya etməyə görə Putin Paşinyana qəzəblidir və dodaqlarını çeynəyir. Təbii ki, bu da İrəvanı hansı formada cəzalandırmağı aktuallaşdırır. Analitik şöbə ehtimal edir ki, Ermənistanda hərbi çevriliş əsas plandır və vaqnerçilər təsadüfən Gorusa yerləşməyib. Lakin regionda hərbi eskalasiya riski də var və Rusiya güman edir ki, Ermənistanın hərbi təxribatlarına Azərbaycan Ordusu ağır cavab verəcək, yüzlərlə erməni əsgəri öləcək və bu da daxildə çaxnaşmaya səbəb olub Paşinyanın devrilməsinə gətirib çıxaracaq.