Paşinyanın partiyası erməni terrorçuların məsələsinə veto qoyub

Paşinyanın partiyası erməni terrorçuların məsələsinə veto qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Ermənistan müxalifəti parlamentdə Bakıda hazırda həbsdə olan erməni terrorçularının məsələsini qaldırıb. Tribunainfo.az xəbər verir ki, “Haystan” blokundan olan deputatlar bununla bağlı bəyanat qəbul edilməsini tələb ediblər.

Onlar bildiriblər ki, Azərbaycanda keçirilən COP29 dönəmində belə bir fürəstdən istifadə etmək lazımdır.

Lakin Ermənistanda hakimiyyətdə olan “Mülki Müqavilə” Partiyasından olan deputatlar buna qarşı çıxıblar. Onlar bəyan ediblər ki, məsələ ilə bağlı müzakirələrdə iştirak etməyəcəklər. Həmçinin bəyanatın qəbulu üçün səsvermədə də iştirak etmək niyyətində deyillər.

Parlamentdə “Mülki Müqavilə” fraksiyasının rəhbəri, deputat Hayk Konjoryan deyib ki, Ermənistan terrorçşuların geri alınması ilə bağlı fürsət axtarmır. “Siz deyirsiz ki, COP-dan istifadə edək, indi fürsətdir. Biz fürsət axtarmırıq. Çünki bu işlə hər gün məşğul oluruq”.

Vitse spiker Ruben Rubinyan isə deyib ki, müxalifət həmin ermənilərin buraxılmasında deyil, özünə reytinq qazanmasında maraqlıdır. “Sizi onlar maraqlandırmır. Sizin dərdiniz onların üzərindən reytinq qazanmaqdır”.

Bu əsnada “Hraparak” qəzeti bununla bağlı başqa bir məsələyə toxunub. Tribunainfo.az həmin qəztə istinadən xəbər verir ki, erməni nəşri Kazanda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşdə bu məsələnin müzakirə edildiyini iddia edib. Qəzet yazır ki, həmin görüşdə Paşinyan Prezident Əliyevdən yalnız Ermənistan vətəndaşı olan və hazırda Bakıda həbsdəki ermənilərin azad edilməsini xahiş edib. “Həmin vaxt Qarabağın “hərbi-siyasi rəhbərliyi”nin məsələsi müzakirə olunmayıb. Əksinə, Paşinyan onların adını belə çəkməyib”.