Ermənistan Baş Naziri Aparatının İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin direktoru Qor Tsarukyan deyib ki, iyulun 1-dək Ermənistan və Azərbaycan sərhədlərin digər hissələrinin demarkasiyası başa çatmalıdır. Tribunainfo.az xəbər verir ki, o, bu məsələnin aprelin 19-da iki ölkənin demarkasiya üzrə komissiyasında qərar alındığını bildirib.
Tasurkyan onu da qeyd edib ki, Tavuş istiqamətində demarkasiya və delmitasiya prosesi başa çatıb. Növbəti mərhələ Göycə və Zəngəzur istiqamətlərində başladılacaq. “Bunun üçün hazırlıqlar başa çatmaqdadır. Mütəxəssislər lazım olan ilkin işləri görüblər. Lakin mən konkret olaraq hansı illərin xəritələrindən istifadə olunacağından xəbərsizəm”.