Ermənistanda nəşr olunan nüfuzlu “Hraparak” qəzeti İrəvanda sorğu keçirib. Tribnainfo.az xəbər verir ki, sorğuda “Bu bazar günü seçki keşçirilsəydi kimi seçərdiniz” sualı qoyulub.
Respondentlərin 12 faizi baş nazir Nikol Paşinyana səs verəcəklərini deyiblər. Koçaryana səs vermək fikrində olanların sayı 4 faiz təşkil edib. Qeyri-müəyyənlikdə olanlar isə çoxluq təşkil edib.
Nəşr qeyd edib ki, ötən illə müqayisədə Paşinyanın reytinqi 10 faizə qədər aşağı düşüb. Lakin qəzet digər erməni liderlərin də nüfuzunun artmadığını vurğulayıb.