Nikol Paşinyan xanımı Anna Akopyanla iki günlük işgüzar səfərlə Fransaya gedib. Tribunainfo.az News.am-a istinadən xəbər verir ki, baş nazirin nümayəndə heyəti icra və qanunvericilik orqanlarının üzvlərindən ibarətdir.
Baş nazir Paşinyanın bu gün Fransa prezidenti Emmanuel Makronla görüşü planlaşdırılır. Axşam Ermənistanın baş naziri və Fransa prezidenti Anna Akopyan və Bricit Makronla birlikdə Müqavimət Hərəkatının erməni qəhrəmanı Misak Manuşyanın Paris panteonunda dəfn mərasimində iştirak edəcəklər.
Misak Manuşyanın panteonizasiya mərasimi həyat yoldaşı Meline Manuşyanın müşayiəti ilə fevralın 21-də Manuşyan və onun əsgər yoldaşlarının edam edilməsinin 80 illiyi münasibətilə baş tutacaq.
Baş nazir Paşinyan həmçinin Fransa Senatının sədri Jerar Larşe, baş nazir Qabriel Atal, Paris meri Ann Hidalqo ilə də görüşəcək.