Paşinyanın kilsəyə qarşı gizli planı üzə çıxıb

Paşinyanın kilsəyə qarşı gizli planı üzə çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan erməni kilsəsinin rəhbərliyini devirmək üçün son hazırlıqlara başlayıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə yerli erməni nəşri olan “Joqovurd” yazıb.

Qəzet bildirib ki, Paşinyanın planına əsasən Eçmiəzdin Kilsəsi daxildən ddevriləcək. Bunun üçün baş nazir ətrafına xeyli sayda kilsə xadimi topladığını da bildirib.

Mənbələrin bildirdiyinə görə, üsyançı kilsə xadimləri əvvəlcə xalq arasında təbliğat aparıb, II Qarageni nüfuzdan salmalı, ardından isə hərəkətə keçərək, onun postundan uzaqlaşdırılmasını həyata keçirəcəklər.

Fərda Uğur