Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Nikol Paşinyanın hazırkı kadr siyasəti Azərbaycanın maraqlarına qismən cavab verir. O bildirib ki, əvvəlcə Tatevik Revazyan adlı gənq qızın Ermənistanın Mülki Aviasiya Komitəsinin rəhbəri, daha sonra korrupsiyada ciddi təcrübəyə malik David Tonoyanın müdafiə naziri, Arqişti Kyaramyanı isə anlayışı olmayan Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilməsi Ermənistanda təsadüfi adamları yüksək vəzifələrə təyin edilmək şanslarının daim yüksək olduğunu göstərir.
Tribunainfo.az yazır ki, hərbi ekspert bildirib ki, Paşinyan Ermənistanın keçmiş ombudsmanı Kristina Qriqoryanı Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etməsi təhlükəsizlikdən az anlayışı olan hər kəsi təəccübləndirib:
“Kristina Qriqoryan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri kimi N.Paşinyanı xarici siyasət, təhlükəsizlik, iqtisadiyyat, müdafiə, elm, texnika, texnologiya və ətraf mühit sahələrində qərarlar qəbul etmək üçün lazım olan məlumatlarla təmin edəcək”.