Ermənistanın baş naziri Nikol Paşinyanın vertolyotu səhər saatlarında Taşirə gedərkən Böyük Qarakilsə stansiyasında təcili eniş edib.
Bu barədə yerli mediada xəbər yayılıb.
Hökumət başçısının özü hadisə ilə əlaqədar bildirib ki, təcili enişə səbəb əlverişsiz hava şəraiti olub. Paşinyan onunla hər şeyin qaydasında olduğunu və yollarına maşınla davam etdiklərini vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl KİV-də Paşinyanın Tavuşun Bağanis kəndinə gedəcəyi ilə bağlı xəbərlər yayılmışdı.