Paşinyanın həbsi üçün Prokurorluğa ərizə verildi

Paşinyanın həbsi üçün Prokurorluğa ərizə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş naziri Nikol Paşinyanın “cinayət məsuliyyəti”nə cəlb edilməsi tələbi ilə Baş Prokurorluğa təqdimat verilib.

Reportyor.info xəbər verir ki, bu “təşəbbüs”lə vəkil Ara Zöhrabyan və ehtiyatda olan ordu polkovniki Hayk Nahapetyan çıxış edib.

Hər ikisi baş naziri “Ermənistanın suveren ərazilərini Azərbaycana vermək”də ittiham edib. Söhbət Azərbaycan ərazisi olduğu beynəlxalq səviyyədə təsdiqlənmiş Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı və Aşağı Əskipara kəndlərindən gedir.

Zöhrabyan və Nahapetyan Paşinyanı “dövlətə xəyanət və düşmən tərəfinə keçmək”də də günahlandırıb. Hər ikisi Azərbaycana qarşı separatçı iddialarını davam etdirən cinayətkar “Qarabağ klanı”nın təmsilçisidir. Sözügedən kəndlərin Azərbaycana qaytarılması aprelin 19-da iki ölkənin sərhəd komissiyalarının iclasında qəbul edilib.