Paşinyanın gələcəyi onlardan asılıdır – Ekspert

Paşinyanın gələcəyi onlardan asılıdır – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyanın gələcək aqibəti təkcə güc strukturlarının davranışından asılı deyil, həm də universitet rəhbərliklərinin kimin tərəfinə keçməyindən asılıdır.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə politoloq Zaur Məmmədov çıxış edib. O bildirib ki, Baqrat Srbzyanın arxasında olan qüvvələr 2018- ci ildəki Paşinyanın taktikasını davam etdirirlər:

“Küçələrdə insanların kifayət qədər olmadığını görən daxili və xarici qüvvələr tələbələrdən əsas resurs kimi istifadə etmək istəyir.

Ötən həftə hadisələr haqqında danışarkən, əsas hədəfin məhz gənclər olduğunu, məhz onların vasitəsilə hökumət binası, parlamentə hücum etmək istədiklərini yazmışdım. Budur, bu gün keşiş İrəvan Dövlət Universitetinə gedərək rektoru onun tərəfinə keçməyə çağırıb.
Paşinyanın gələcək aqibəti təkcə güc strukturlarının davranışından deyil, həm də universitet rəhbərliklərinin kimin tərəfinə keçəcəyindən asılıdır”.

Nigar