Paşinyanın deputatı rüşvətdə ittiham olundu

Paşinyanın deputatı rüşvətdə ittiham olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim “Mülki müqavilə” partiyasından olan deputat Ovik Ağazaryan bu gün səhər saatlarında Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb.

Tribunainfo.az erməni mediasına istinadən bildirir ki, rüşvət işi çərçivəsində ibtidai istintaq orqanında üzləşmə təşkil edilib.

Bu barədə yerli media Baş Prokurorluqdakı mənbələrinə istinadən yazıb.

“Əldə etdiyimiz məlumata görə, onun əleyhinə ifadə verən Aşotik Kamavosyan və Slavik Poqosyan üzləşmə zamanı iddia ediblər ki, Ağazaryan onlardan rüşvət istəyib”, – xəbərdə deyilir.

“Joxovurd” qəzetinin yazdığına görə, deputat Ovik Ağazaryana rüşvət vermə işində təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Aşot olub və parlamentari hələ də cəzasız qalıb.