Paşinyanın deputatı Qarabağla bağlı planı faş etdi

Paşinyanın deputatı Qarabağla bağlı planı faş etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən Müharibəsi başladıqdan sonra Ermənistan Qarabağla bağlı “Xilas naminə ayrılıq” adlı planı həyata keçirmək istədiklərini bəyan etmişdilər. Lakin bu planın konkret detalları barədə məlumat verilmirdi.

Tribunainfo.az xəbər verir ki, həmin vaxt baş nazir Nikol Paşinyan bildirmişdi ki, bunun üçün Azərbaycan tərəfi ilə separatçıların davamlı görüşlər keçirməsi lazımdır. Həmçinin bununla əlaqədar Qərb dövlətlərinin təşkilatçılığı ilə Bolqarıstanın paytaxtı Sofiyada görüş də təşkil olunmuşdu. Lakin separatçılar həmin görüşə qatılmaqdan imtina etmişdilər.

Bu gün isə erməni tərəfin “Xilas naminə ayrılıq” planının detallarından bəzilərini açıqlayıblar. Hakim “Mülki Müqavilə” Partiyasından olan deputat Vaaqn Aleksanyan sirri açıb. O deyib ki, sözügedən plana əsasən müharibədən sonrakı dövr üçün Qarabağ bir müddət mövcud statusda qalmalıydı. “Məqsəd Qarabağı tərəf kimi status almasına nail olmaq, ardından isə danışıqlar yolu ilə Azərbaycanın tərkibindən çıxararaq, müstəqil olmasını təmin etmək idi. Lakin həmin vaxt Xankəndidə oturanlar sözümüzə qulaq asmadılar. Başqa yol tutdular”.

Erməni deputat qeyd edib ki, proses Sofiyadakı görüşdən başlamalı idi. “Lakin onlar Sofiyada danışıqlara getmədilər. Müharibə varinatını seçdilər. Nəticədə, uduzub, Dağlıq Qarabağın ləğvinə imza atdılar. Bu gün bizi buna görə günahlandıra bilməzlər”.