Paşinyanın qaynı, deputat Qraçya Akopyanın dediyinə görə, onun malikanəsi 7-8 milyon dram (təxminən 20 min dollar) qarşılığında qarət edilib. Akopyan jurnalistlərə bildirib ki, pul, qızıl-zinət əşyaları və saatlar oğurlanıb.
Tribunainfo.az “Hraparak” nəşrinə istinadən bildirir ki, oğurluq dekabrın sonunda baş verib, həmin vaxt Hraçya Akopyan ABŞ-da olub.
Nəşrin məlumatına görə,
Akopyan bu faktı gizlətməyə çalışıb və bunu hər cür spekulyasiyaya səbəb olmaq istəməməsi ilə izah edib.
Qeyd edək ki, Hakobyan o malikanəni hakimiyyət dəyişikliyindən sonra alıb.
Dəniz