Ermənistanın baş naziri Nikol Paşinyanın BMT-dəki çıxışı İrəvanın siyasi cameəsində ciddi müzakirələrə səbəb olub.
Tribunainfo.az xəbər verir ki, çıxışının əsas hissəsini Azərbaycanla münasibətlərə, habelə Zəngəzur dəhlizi məsələsinə ayıran Paşinyan şikayətlənməkdən də qalmayıb.
O qeyd edib ki, Azərbaycan Zəngəzur yox, Tramp dəhlizi ifadəsindən istifadə etməlidir. Sülh danışıqları, sazişin imzalanması kimi mövzulara da toxunan baş nazir, bu prosesləri yekunlaşdırmaq arzusunda olduğunu qeyd edib.
Ermənistanın siyasi elitası isə Paşinyanın çıxışını birmənalı qarşılamayıb. Məsələn, siyasətçi Aza Babayan deyib ki, Paşinyanın BMT-dəki çıxışı ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanıb. “Paşinyanın dediklərinin açıqlaması budur: “Məni ələ salmağı dayandır, Zəngəzur dəhlizi ifadəsini təkrarlama, ritorikanı cilovla. Sən mənə dəstək veri ki, mən də qalib gəlim. Əvəzində nə desən edəcəm”.
“Parlaq Ermənistan” Partiyasının sədri Edmon Marukyan isə deyir ki, Paşinyanın açıqlaması Ermənistanla Azərbaycan arasında konsensiusun olmamasından xəbər verir. O iddia edib ki, təminat olmadan sülh sazişi imzalamaq lazım deyil.
“Hraparak” qəzeti isə bir qədər də irəli gedərək, “Axı, hakimiyyətə görə Əliyevə niyə yalvarırsan?” yazıb. Nəşr qeyd edir ki, Ermənistanın baş nazirinin çıxışı acizliyin nümunəsi olub. “Şikayətlənirsən ki, niyə Zəngəzur dəhlizi deyirlər. Onu sən vermisən Azərbaycana. Adının Dəvə yolu, Tramp yolu olmasının nə mənası var?”
Bunun ardından isə qəzet qeyd edib ki, Paşinyan açıq şəkildə BMT tribunasından Prezident İlham Əliyevə yalvarıb. “Sənin çıxışın birbaşa Əliyevə yalvarmaq idi. Axı, hakimiyyətə görə bu yalvarış lazımdırmı? Niyə bizi utandırırsan?”
Fərda Uğur