Mayın 20-də Erməni Apostol Kilsəsinin (AAK) “Artsax Yeparxiyas” ının “primatı”, yepiskop Vrtanes Abramyanın təşəbbüsü və yeparxiya şurasının üzvlərinin iştirakı ilə “Artsax hökumətinin üzvləri” ilə görüş keçirilib.
Tribunainfo.az məlumat verir ki, tədbirdə Ermənistanın dövlət naziri Aram Sarkisyan da iştirak edib. Bu da Paşinyan hökumətinin Qarabağla bağlı mövqeyində səmimi olmadığını bir daha sübut edir. Hərçənd rəsmi İrəvan “artsax” adı ilə fəaliyyəti milli təhlükəsizliyə təhdid adlandırır. Amma hökumət nümayəndəsi separatçıların tədbirinə gedir.
Fərda Uğur