2030-cu ilə qədər Ermənistan əhalisinin sayını 10 milyon nəfərə çatdırmaq planını gündəmə gətirən İrəvan hökuməti demoqrafik məsələdə ciddi problemlərlə üzləşib. Tribunainfo.az xəbər verir ki, bunu Ermənistan Statistika Komitəsinin açıqladığı son rəqəmlər də təsdiqləyib.
Belə ki, bu ilin yanvar-avqust aylarında Ermənistanı birdəfəlik tərk edənlərin sayı 24 min nəfər olub. Komitə ilin sonuna qədər bu rəqəmin 30 min nəfəri keçəcəyini proqnozlaşdırıb.