Paşinyandan Vaşinqtonda simvolik paylaşım: “Sülh yaradanlar xoşbəxtdir…”

Paşinyandan Vaşinqtonda simvolik paylaşım:Sülh yaradanlar xoşbəxtdir…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ paytaxtı Vaşinqtonda diqqətçəkən paylaşım edib.

Musavat.com xəbər verir ki, Paşinyan şəxsi “Facebook” hesabında Müqəddəs Kitabdan sitat yazıb:

“Necə xoşbəxtdir sülh yaradanlar, çünki onlar Allahın övladları adlanacaqlar”. (Matta 5:9)

Paşinyanın bu paylaşımı onun Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçiriləcək görüşü ərəfəsində paylaşması siyasi məna daşıyır.

Xatırladaq ki, avqustun 8-də Ağ Evdə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında mühüm görüş baş tutacaq. Bakı vaxtı ilə saat 22:30-da başlayacaq görüşün ardından avqustun 9-da (Bakı vaxtı ilə) üç liderin birgə bəyanatla çıxış etməsi gözlənilir.