PAŞİNYANDAN RUSİYA BƏYANATI: “BAŞQA TƏRƏFDAŞLAR AXTARIRIQ”

PAŞİNYANDAN RUSİYA BƏYANATI: “BAŞQA TƏRƏFDAŞLAR AXTARIRIQ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ölkəsinin təhlükəsizlik problemlərinə lazımi həssaslıq göstərmədiyini bəyan edərək, “Təhlükəsizlik sahəsində başqa tərəfdaşlar axtarırıq”, – deyib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Ermənistan parlamentində çıxış edən Paşinyan KTMT sammitlərində iştirak etməmək qərarı ilə bağlı açıqlamalar verib. Paşinyan bildirib ki, “Biz müqavilələr bağlamağa, silah və hərbi texnika almağa çalışırıq”.

KTMT-nin Ermənistanın təhlükəsizliyi ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini deyən Paşinyan, “Bu vəziyyət bir neçə dəfə təkrarlanıb. Cəmiyyətimiz başa düşmür ki, biz niyə KTMT-yə gedib, hər dəfə eyni şeyi təkrar edirik, almadan geri qayıdırıq. Sonra yenə gedirik və heç bir cavab almadan qayıdırıq”.

Paşinyan bildirib ki, Ermənistan danışıqlardan imtina etməyib, lakin “müəyyən səbəblərdən” KTMT tədbirlərində iştirak etməmək qərarına gəlib.