Paşinyandan erməni kilsəsinə növbəti “raket”: “II Qaragen, kilsəni murdarlama”

Paşinyandan erməni kilsəsinə növbəti “raket”: “II Qaragen, kilsəni murdarlama”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan öz sosial şəbəkə hesabında erməni kilsəsini hədəf alan daha bir açıqlama yayıb.

Tribunainfo.az xəbər verir ki, o, katolikos II Qareginə mesaj ünvanlayıb.

Paşinyan erməni kilsəsinin rəhbəri II Qarageni “arvadını aldadan şəxs” kimi təqdim edib. “Arvadını aldadarkən tutulan “Astronomer” şirkətinin baş direktoru istefa verdi. Çünki “Astronomer” şirkətinin konsepsiyasına görə, evlilik dəyərləri əsasdır”.

Paşinyan daha sonra vurğuylayıb ki, Erməni Apostol Kilsəsinin təliminə görə, subay kahin kilsə ilə evlidir və başqa şəxsi münasibətdə olmaq hüququ yoxdur. “Kilsə ilə evlilik andına xəyanət edən cəsur Nersisyan hələ də Uca qurbangahı boşaltmayıb. Bununla da müqəddəsliyimizin müqəddəs məkanı olan Ana Baxı murdarlayır”.

Ermənistanın baş naziri yekunda qeyd edib: “Bununla Ktriç Nersisyan (II Qaregini belə addlanddırır) bizi, Erməni Apostol Kilsəsinin sadiq davamçılarını patriarxlığı ondan azad etməyə dəvət edir. Biz bunu birlikdə edəcəyik. Hazır olun”.

Fərda Uğur