PAŞİNYANDAN BÖYÜK SAVAŞ MESAJI: BİR HALDA QAÇILMAZDIR Kİ… – RƏY

PAŞİNYANDAN BÖYÜK SAVAŞ MESAJI: BİR HALDA QAÇILMAZDIR Kİ… – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artıq elə əhval-ruhiyyə yaranıb ki, sanki bizə sülh lazım deyil, bunu başqaları sırıyır; bizə danışıqlara ehtiyac yoxdur, demarkasiyaya ehtiyac yoxdur, bütün bunları bizə sırıyırlar. Əslində isə heç kəs bizi heç nəyə məcbur etmir, bizim seçimimiz var. Əgər biz doğru seçim etməsək, onda daha bir müharibə, daha bir faciə olacaq və mən bunun (yeni müharibənin – red.) nə ilə nəticələnəcəyini demişəm. Bu riski idarə etməliyik. Demarkasiya – pis deyil”, – Paşinyan jurnalistin sualına cavab olaraq bu cür bildirib. O, savaş anonsu verib.


Tribunainfo-ya danışan hüquq müdafiəçisi Xəzər Teyyublu Paşinyanın daxili auditoriyaya hesablanmış çıxış etdiyini fikirləşir. Onun sözlərinə görə, əslində Nikol haqsız da deyil, əgər demarkasiya, elə delimitasiya olmasa, Ermənistan prosesi müharibə şəraitinə gətirib çıxaracaq. Hüquq müdafiəçisi şərti sərhəddə yaşanan münaqişə, erməni təxribatı həm də demarkasiya işləri getmədiyi üçün yaşanır: “Təbii ki, Paşinyan burada həm də riyakarlıq edib. Çünki atəşkəsi pozan elə erməni tərəfi olur, biz sadəcə cavab veririk. Digər tərəfdən, Ermənistan sülhdan çox yayına bilməyəcək. Sülh sənədi imzalansa, demarkasiya işləri də sürətlənəcək. Erməni xalqına izah edir ki, sizin ikinci dəfə böyük müharibə etmək taqətiniz yoxdur. 11 mindən çox fərarisi olan ordunun indi Hindistan, İran, Fransa tərəfindən yeni silahlarla dirçəldilməsi cəhdlərinə baxmayın, onlar Azərbaycanla müharibə apara bilməz. Azərbaycan boş oturmayıb, biz də ən müasir hərbi texnikanı alırıq. Bunları Paşinyan anlayır və öz xalqına mesaj verir ki, bizi sülhə məcbur etmirlər, biz özümüz sülh istəyirik, əks təqdirdə müharibə qaçılmazdır. Əlbəttə ki, ikinci müharibədə bütün Qarabağa nəzarət təmin edilməklə yanaşı silahlı tör-töküntülər oradan rədd ediləcək, bala Göyçə gölünün yanında dayanmış ordumuz daha da strateji hakim yüksəklikləri nəzarətə götürəcək”