PAŞİNYANA BƏD XƏBƏR – 3 GÜN ƏRZİNDƏ ERMƏNİSTAN…

PAŞİNYANA BƏD XƏBƏR – 3 GÜN ƏRZİNDƏ ERMƏNİSTAN…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Qarabağdakı qələbəsindən sonra Ermənistanda etirazlar davam edir. Nümayişçilər ümummilli itaətsizlik aktı elan ediblər, Vazgen Manukyan “Yaxın üç gündə bütün Ermənistan iflic olacaq” deyib.

Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, Paşinyan ölkədəki bəzi təşkilatların onun hakimiyyətini devirmək üçün çevriliş planında əli olduğunu iddia etsə də, heç bir ad çəkmədən Rusiyaya istinad edib.

Azərbaycanın Qarabağda keçirdiyi və 24 saat ərzində qələbə ilə nəticələnən antiterror əməliyyatı Ermənistanda böyük səs-küyə səbəb olub.

İrəvanda etiraz aksiyaları və Ermənistanın baş naziri Nikol Paşinyanın istefası çağırışları davam edərkən, Paşinyan xalqa müraciətində ölkədəki bəzi təşkilatların onun hakimiyyətini devirmək üçün çevriliş planında əli olduğunu iddia edib.

Etirazçılar ölkə daxilində itaətsizlik aktı elan ediblər. Aksiyanın bu gün səhər başlaması planlaşdırılır.

Ermənistanın keçmiş baş naziri və Milli Komitənin üzvü Vazgen Manukyan İrəvanın Respublika meydanında keçirdiyi mitinqdə deyib: “Biz şəhəri iflic edirik. Yaxın üç gündə bütün Ermənistan iflic vəziyyətinə düşəcək. Hökumətin yeganə dəstəyi budur. Küçələrə çıxıb itaətsizlik səviyyəsini hökumətin diz çökəcəyi səviyyəyə çatdırmalıyıq”.

Beynəlxalq qurumların təqdim etdiyi fotoşəkillərdə çox sayda insanın küçələrə çıxdığı, bəzi bölgələrdə gərginliyin artdığı, nümayişçilərin polislə toqquşduğu görünür.

Ermənistan parlamentinin sədri Alen Simonyan Dövlət Televiziyasına müsahibəsində polisin etirazçılara qarşı güc tətbiq etməsini müdafiə edib. Simonyan 2008-ci il martın 1-də zorakılıq hadisələrinin baş verdiyi və 10 nəfərin ölümü ilə nəticələnən hadisələrə toxunaraq, “Biz martın 1-i təkrarlamırıq, lakin qanuna hörmət edilməlidir” deyib.

Qarabağ əməliyyatından əvvəl “Bizim yalnız Rusiyadan asılı olmağımız strateji səhv idi” deyən Paşinyan Ermənistanın ictimai radiosuna açıqlamasında yenə Rusiyanı hədəfə alıb.

Paşinyan açıqlamasında birbaşa olaraq heç kimin adını çəkməsə də, “Ermənistan heç vaxt öz öhdəliklərindən yayınmayıb və müttəfiqlərinə xəyanət etməyib” deyib.