PAŞİNYAN ZƏNGƏZURA RUSİYA FTX-SINI NİYƏ BURAXMIR? – GİZLİNLƏR

PAŞİNYAN ZƏNGƏZURA RUSİYA FTX-SINI NİYƏ BURAXMIR? – GİZLİNLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni baş nazir Nikol Paşinyan son müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı yenə üçtərəfli razılaşmanı təhrif edib, hətta Rusiyaya aid bənd haqda yalan danışıb. Tribunainfo.az yazır ki, Nikol ümumilikdə yolların açılmasını müsbət hesab etsə də, dəhliz statusunu eksterritorial şərait adlandırıb və ölkəsinə qarşı ərazi iddiası kimi dəyərləndirib. Ardınca isə qeyd edib ki, yola rusların kontrol etməsi barədə heç bir anlaşma olmayıb.
Sitat: “Ermənistan sərhədini keçərkən Ermənistan Respublikasının sərhəd və gömrük xidmətləri hərəkətə keçməlidir. Bizə deyirlər ki, üçtərəfli bəyanatda deyilir ki, təhlükəsizliyi Rusiya təmin etməlidir, amma mən deyirəm ki, belə bir şey yoxdur”.
Lakin Paşinyan gözünün içinə qədər yalan danışıb. Çünki nəqliyyat əlaqəsinə nəzarəti Rusiya FTX-nin edəcəyi və hərəkətin maneəsiz (gömrük və vergi yoxlaması olmadan) olması ilə bağlı dəqiq müddəa var. Yol Rusiya FTX-sinin mühafizə xidməti əməkdaşları tərəfindən kontrol edilməlidir. Ekspertlər deyirlər ki, İrəvan Zəngəzura dəhliz statusu verilmədən və Rusiyanın nəzarəti olmadan yolların açılmasını istəyir. Ona bu mövqedə israrlı olmaqda Fransa və Avropa Birliyi ürək-dirək olur