PAŞİNYAN ZELENSKİNİN YOLU İLƏ GEDİR – RUSİYALI ANALİTİK

PAŞİNYAN ZELENSKİNİN YOLU İLƏ GEDİR – RUSİYALI ANALİTİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra Bakı ilə İrəvan arasında sülh dağlardan o yana deyil”.
Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, bunu rusiyalı hərbi-siyasi analitik Yevgeni Mixaylov deyib.
Onun sözlərinə görə, Rusiya sülhməramlıları Qarabağda kifayət qədər səmərəli missiya yerinə yetirirlər və Rusiya regionda öz mövqeyini qoruyub.

Qarabağ və Bakı nümayəndələri arasında aparılan danışıqlara toxunan Mixaylov qeyd edib:
“Bəli, bu danışıqlar çətindir, lakin ermənilərin başqa yolu yoxdur, çünki Azərbaycan faktiki olaraq öz ərazisində fəaliyyət göstərir. Kremlin mətbuat katibi Dmitri Peskov və Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bunu təsdiqləyib. Bu, rəsmi Moskvanın əsas mövqeyidir”, – rusiyalı ekspert vurğulayıb.

Ermənistanda mövcud olan anti-Rusiya əhval-ruhiyyəsinə, rəsmi İrəvanın KTMT-dən çıxmaq iddialarına gəlincə, Mixaylov vurğulayıb:

“Paşinyan son açıqlamalarında Ermənistanın KTMT-də iştirakının ölkəsi üçün təhlükəli olduğunu bildirib. Baxaq, Rusiya İrəvanın KTMT-dən çıxıb NATO-ya daxil olmasına imkan verməyəcək. Paşinyan Zelenskinin yolu ilə gedir. Bu, Ermənistan xalqı üçün böyük faciədir”, – rusiyalı analitik əlavə edib.