PAŞİNYAN YENƏ SAYIQLADI, YENƏ “DAĞLIQ QARABAĞ XALQI” DEDİbackend

PAŞİNYAN YENƏ SAYIQLADI, YENƏ “DAĞLIQ QARABAĞ XALQI” DEDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan ümid edir ki, Moskva “Dağlıq Qarabağ xalqı”nın təhlükəsizliyinin təminatçısı rolunu oynayacaq. ER hökumətinin başçısı hesab edir ki, əgər obyektiv səbəblərdən bunu etmək mümkün deyilsə, BMT Təhlükəsizlik Şurasına müraciət etmək lazımdır.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında bildirib ki, Qarabağdakı humanitar böhran Rusiya sülhməramlıları sayəsində fəlakətə çevrilməyib.

“Laçın dəhlizinin qanunsuz bağlanması nəticəsində yaranmış humanitar böhranın fəlakətə çevrilməməsində sülhməramlıların müstəsna rolunu qeyd etməyə bilmərəm. Bu istiqamətdə göstərdikləri səylərə görə onlara təşəkkür etmək istəyirəm”, – Paşinyan bildirib.