Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinə səfər edib.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, sözügedən səfərdə Paşinyanın həyat yoldaşı Anna Akopyan da iştirak edib.
Onun Tavuşa helikopterlə getdiyi qeyd olunub.
Bununla belə, Paşinyan bir neçə gün əvvəl mətbuat konfransı keçirdiyini deyərək jurnalistlərin suallarından yayınıb.