Separatçıların rəhbəri Samvel Şahramanyanın bir müddət əlindən alınmış maşını elektron auksion vasitəsilə satışa çıxarılacaq. Tribunainfo.az xəbər verir ki, bu barədə Ermənistanın Əmlak Komitəsi məlumat yayıb.
Bundan başqa, İrəvana sığınmış bir neçə separatçıya qarşı da cinayət işi açılıb. Məlumata görə, buna səbəb Qarabağdan qaçarkən separatçılar özləri ilə gətirdikləri 356 ədəd avtomobili gizlətmələri və Ermənistan hökumətinə təhvil verməməsidir.
“Hraparak” qəzetinin yazdığına görə, İrəvan polisi həmin maşınların 256-sını taparaq, müsadirə edib. Digər 100 avtomobilin isə axtarışı davam edir.