“Paşinyan Xankəndidən köçən ermənilərin mülklərinin dəyərini ödəməlidir”

“Paşinyan Xankəndidən köçən ermənilərin mülklərinin dəyərini ödəməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda son günlər yeni bir mövzu ortaya atılıb.

Tribunainfo.az xəbər verir ki, bir çox siyasətçilər Qarabağdan könüllü köçmüş ermənilərin mülkləri ilə bağlı məsələ qaldırıblar.

Həmin məsələ ondan ibarətdir ki, sözügedən ermənilərin mülklərinin dəyəri ödənilməlidir. Əgər əvvəllər bunun Azərbaycandan tələb edirdilərsə, indi kursu dəyişiblər. “Ana Ermənistan” hərəkatının üzvü Hovhannes Xudoyan deyib ki, bu dəyəri Ermənistan hökuməti ödəməlidir. “Nikol hökuməti Qarabağ ermənilərinə ən azı itirilmiş mülklərinin dəyərini borcludur. Onu verməlidir”.

Fərda Uğur