Paşinyan: “Xalqımı münaqişədən əl çəkməyə çağırıram”

Paşinyan: “Xalqımı münaqişədən əl çəkməyə çağırıram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baş nazir kimi təcrübə və təhlillərimə əsaslanaraq, bu ilin martında parlamentdə bildirdim ki, “Qarabağ hərəkatı”ndan əl çəkməliyik”.
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında danışarkən dilə gətirib. O söyləyib ki, bu fikirlə razılaşmayan vətəndaşları “inqilaba çağırıb”.

“Hərçənd vətəndaşlarımız inqilaba qalxmadılar. Çünki onlar da başa düşüblər ki, əks təqdirdə, sülh nə praktiki, nə də nəzəri cəhətdən mümkündür. Başa düşüblər ki, irəli sürdüyüm mövqemdə haqlıyam”, – Paşinyan vurğulayıb.

Hökumət başçısının sözlərinə görə, bir qrup şəxs isə “Qarabağ hərəkatı”nı Ermənistanın suverenliyinə və dövlətçiliyinə müdaxilə üçün əlverişli vasitə sayırdı.

“Demək lazımdır ki, bu vasitədən yaxşı faydalandılar. Halbuki artıq sülh dövrü gəlib çatıb. Ermənistan vətəndaşları sülhü məmnuniyyətlə qarşılayırlar. Bu vəziyyəti göstərən çoxlu sübut var”, – Baş nazir bildirib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh bəyannaməsi imzalanıb.