“Paşinyan velosipedini Hərbi Qənimətlər parkında sürsün”-DEPUTATLARbackend

“Paşinyan velosipedini Hərbi Qənimətlər parkında sürsün”- DEPUTATLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyan reallıqdan uzaq düşüb, aləmin bir-birinə dəydiyi bir zamanda, dünyanı gəzərək ölkələrdə velosiped sürməklə, şeir yazmaqla məşğuldur.

Paşinyan COP29-da Bakıya gəlib, şəhərdə velosiped sürsə, bunu necə qarşılayarsız?

Məsələ ilə bağlı Tribunainfo.az-ın sorğusunu cavablayan ictimai xadimlər fikirlərini bölüşdü.

Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib ki, Paşinyan velosipedini Yeni bulvarda, Hərbi Qənimətlər parkında sürsə normal qarşılayaram.

Deputat Fazil Mustafa isə məsələyə fərqli aspektən yanaşıb.

Onun sözlərinə görə, Paşinyanın Bakıda velosiped sürməsini çox normal qarşılayaram. Əslində bu səfərlər gerçəkləşməlidir. Artıq ermənilərlə savaşı bitirmişik.

“İndi sülh ərəfəsində bu cür müəyyən addımların, əlaqələrin olması onsuz da mümkündür. Biz danışıqlar yolu ilə məsələləri həll edirik. Azərbaycan dövlətinin, hökumətinin müəyyən təmasları, görüşləri var. Əvvəl-axır bu münasibətlərin bir az gələcəyə doğru baxışa ehtiyacı var. Əslində bunu kimsə hər iki tərəfdən hansısa formada sındırmağa çalışmalıdır. Bu baxımdan da məncə bu cür məsələlər artıq yanlış məcrada anlaşılmamalıdır. İnteqrasiya üçün qonşu dövlətlərlə münasibətlərin qurulması baxımından bu mərhələyə normal yanaşmağı biz də onlar da artıq başlayırıq. Bu proses elə bu cür mədəni, kütləvi, humanitar tədbirlər fonunda həyata keçirilməlidir”.

Dəniz Pənahova