PAŞİNYAN VƏ ANNA ÇEXİYADADIRbackend

PAŞİNYAN VƏ ANNA ÇEXİYADADIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ER Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla iki günlük rəsmi səfərlə Çexiyaya gəlib.

Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, günün ikinci yarısında Ermənistanın baş nazirinin Çexiya hökumətinin başçısı Petr Fiala ilə görüşü olacaq. Əvvəlcə iki ölkənin baş nazirləri arasında təkbətək söhbət baş tutacaq, daha sonra rəsmi nahar çərçivəsində danışıqlar genişləndirilmiş tərkibdə davam etdiriləcək. Görüşün sonunda Nikol Paşinyan və Peter Fiala media nümayəndələri üçün açıqlamalar verəcəklər.

Daha sonra ER Baş nazirinin Çexiya Prezidenti Petr Pavel, Parlament Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova və Senatın sədri Miloş Vistarçil ilə görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Nikol Paşinyan Praqada Transatlantik Əlaqələr Mərkəzinə baş çəkəcək.