“Öyrəndim ki, Vatikana səfər zamanı bizim yerləşməyimiz üçün böyük xərc çəkilməsi səs-küy yaradıb, dövlət büdcəsindən 787 min dram (1983,20 dollar) xərclənib.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan öz feysbuk səhifəsində yazıb.
“Öyrəndim ki, Vatikana səfərimiz zamanı bizim yerləşməmiz üçün inanılmaz dərəcədə böyük xərclər çəkildiyinə dair hay-küy yaranıb. Bizim üçün ayrılmış otağın videosunu yerləşdirirəm. Mən həmin gün qayıtdım, Anna bu otaqda qaldı, çünki dövlətlərarası dəvətə görə, o, başqa tədbirdə iştirak etməli idi. Dövlət büdcəsindən 787 min dram xərclənib”, – deyə o qeyd edib.
Musavat.com