Paşinyan: Ümid edirəm ki, Azərbaycan və Ermənistan Berlində sülh sazişi üzrə irəliləyişə nail olacaqlar

Paşinyan: Ümid edirəm ki, Azərbaycan və Ermənistan Berlində sülh sazişi üzrə irəliləyişə nail olacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümid edirəm ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan fevralın 28-29-da Berlində keçiriləcək görüşdə sülh sazişi üzrə irəliləyişə nail olacaqlar.

Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Afinada yunan həmkarı Kiriakos Mitsotakislə görüşü zamanı deyib.

“Bilirsiniz ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir. Ümid edirəm ki, bu görüşün nəticəsində irəliləyiş əldə olunacaq”, – o əlavə edib.