Paşinyan Türkiyə-Azərbaycan tandeminə müqavimət göstərə bilmir – EKSPERTbackend

Paşinyan Türkiyə-Azərbaycan tandeminə müqavimət göstərə bilmir – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyan Türkiyə-Azərbaycan tandeminə müqavimət göstərə bilmir və qəti təslim olmağa qərar verib. Tribunainfo.az xəbər verir ki, konstitusiya hüququ üzrə mütəxəssis Vardan Poqosyan bunu NEWS.am müxbiri ilə söhbətində deyib.

Onun qiymətləndirməsinə görə, hazırkı Konstitusiya ölkənin Əsas Qanununu dəyişdirməklə onu bir çırpıda ləğv etmək istəyən Paşinyan üçün əngəldir.

“Konstitusiyanın birinci bəndi artıq Paşinyanın məqsədlərinin reallaşmasına maneədir.
Paşinyana mane olan başqa müddəalar da var, o cümlədən Ermənistan ərazisinin dəyişdirilməsi məsələsi. O, həmçinin Konstitusiyanın ermənilərin müdafiəsində Erməni Apostol Kilsəsinin müstəsna roluna istinad edən 18-ci maddəsini ləğv etməyə çalışacaq. O, yəqin ki, Ağrı dağı və Nuhun gəmisinə aid olan gerbin təsvirini (21-ci maddə) aradan qaldırmağa çalışacaq”, – Poqosyan vurğulayıb.