Paşinyan Trampın Vardanyanla bağlı təklifini rədd edib

Paşinyan Trampın Vardanyanla bağlı təklifini rədd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir qrup erməni hazırda Bakıda mühakimə olunan separatçı Ruben Vardanyanla bağlı məsələnin ABŞ prezidenti Donald Trampın əli ilə həll etməyə çalışıblar.

Tribunainfo.az xəbər verir ki, bu barədə İrəvanda nəşr olunan “Hraparak” qəzeti yazıb.

Nəşr qeyd edib ki, Trampın qızının əri ilə görüşün təşkilini Vardanyanın ailəsinə yaxın bir nəfər həyata keçirib. “Məsələ Trampa çatdırılıb. O isə baş nazir Nikol Paşinyan müsbət yanaşarsa, yardım etməyə hazır olduğunu deyib. ABŞ-dakı Ermənistanın səfiri Lilit Makunts vasitəsi ilə Paşinyana təklif edilib ki, bunun üçün yazılı kağzı lazımdır. Amma baş nazir Trampın təklifini rədd edib. O, bunun Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasına mane olacağını bəyan edib”.

Fərda Uğur