Sabiq nazir etnik təmizləmə təhdidləri fonunda Qarabağ ermənilərini Azərbaycanla dialoqa sövq etməyi cinayət adlandırıb.
Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistanın birinci xarici işlər naziri, “İrs” partiyasının lideri Raffi Ovannisyan mətbuat konfransında bildirib ki, Ermənistan rəhbərliyinin Qarabağ məsələsində siyasəti ermənilərin total qovulması və Naxçıvanın taleyinin təkrarlanması ilə doludur, ER baş naziri Nikol Paşinyan isə öz bəyanatları ilə yalnız şəxsi maraqları naminə danışıqların tarixini təhrif edir.
Qarabağ mövcudluğunu təhdid edən kritik dönəmdən keçir. Dəyişikliklərə ehtiyac var, bütün erməni xalqının və beynəlxalq ictimaiyyətin bu məsələdə mövqeyinin dəyişməsinə nail olmaq lazımdır”, – Ovhannisyan bildirib.
Keçmiş nazir Paşinyanın siyasətini ziddiyyətli adlandırıb.
Bununla yanaşı, Ovannisyan danışıqlar prosesində itirilmiş mövqelərin necə bərpa olunacağını və dünya ictimaiyyətinin Qarabağ məsələsinə yanaşmalarını dəyişməsinə nail olmağın yollarını söyləməkdə çətinlik çəkib.