Ermənistan hökumətinin başçısı qeyd edib ki, tərəflər Alma-Ata bəyannaməsinin müddəaları əsasında sərhədin delimitasiyası barədə razılığa gəliblər.
Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin hazırlanması çərçivəsində üç əsas prinsipin razılaşdırıldığını bildirib. Tərəflər artıq razılaşdırılmış prinsiplərə sadiq qalarsa, sənəd tezliklə imzalanacaq.
Paşinyanın Milli Assambleyanın 2024-cü il dövlət büdcəsi layihəsi üzrə daimi komitələrinin iclasında qeyd etdiyi kimi, birinci prinsip ərazi bütövlüyünün qarşılıqlı tanınmasıdır. Beləliklə, Bakı Ermənistan Respublikasının 29,8 min kvadratmetr sahəsi olan ərazisini tanıyır. İrəvan isə 86,6 min kvadratmetr sahəsi olan Azərbaycan ərazisini tanıyır.
İkinci prinsip, Paşinyanın fikrincə, belədir: tərəflər Alma-Ata bəyannaməsi əsasında sərhədin delimitasiyası barədə razılığa gəliblər. Yəni, tərəflər ondan çıxış edirlər ki, sovet respublikalarının inzibati sərhədləri artıq ölkələrin dövlət sərhədləridir, ona görə də onların toxunulmazlığını tanımaq lazımdır.
Paşinyan üçüncü prinsipi keçdikləri ölkələrin yurisdiksiyasında fəaliyyət göstərməli olan regional kommunikasiyaların bərabərlik və qarşılıqlılıq əsasında açılması adlandırıb.