Paşinyan: Sülh mümkün deyilbackend

Paşinyan: Sülh mümkün deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz dövlətimizin təməlində tarixi ədalət axtarışını qoymuşuq, amma tarixi ədalətin nə olduğunu formalaşdırmamışıq, çünki Ermənistanın müxtəlif siyasi qüvvələri və qrupları, ideologiyaları “tarixi ədalət” dedikdə tamam başqa şeyləri başa düşürlər”. Tribunainfo.az News.am-a istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan Milli Assambleyada bildirib.

“Biz dövlətimizin təməlində tarixi ədalət arzusunu qoymuşuq, lakin tarixi ədalətin nə olduğunu formalaşdırmamışıq, çünki Ermənistanın müxtəlif siyasi qüvvələri və qrupları, ideologiyaları tarixi ədalət terminindən tamam başqa şeyləri başa düşürlər. Erməni xalqının arzusu nədir? erməni xalqı Argentina, ABŞ, Rusiya, İran və İsraildə yaşayır, orda yaşayan erməni xalqının ruhunun eyni olduğuna əminik, əminikmi? Əgər əminiksə, o, harada formalaşdırılıb? Qarabağ və Ermənistan Respublikasının birləşməsi ilə bağlı qərar nə deməkdir?Biz gələcəkdə öz siyasətimizi bunun üzərində qururuqmu?Elədirsə, o zaman hansı sülhdən danışırıq? O müzakirənin başqası ilə əlaqəsi yoxdur, bizim müzakirəmizdir. Söhbət bizim bu günümüzdən, sabahımızdan, gələcəyimizdən gedir”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, İstiqlal Bəyannaməsini rəhbər tutsaq, sülh mümkün deyil.

Dəniz Pənahova