Sərhədi azaraq keçən hərbçilərin qaytarılması ilə bağlı Azərbaycanla razılaşma var.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Baş nazir qeyd edib ki, artıq uzun müddətdir Azərbaycanla Ermənistan arasında razılaşma mövcuddur, əgər əsgər azıb qarşı tərəfin ərazisinə keçsə, qısa müddət ərzində geri qaytarılır.
Paşinyanın sözlərinə görə, sonuncu dəfə Azərbaycana qaytarılan əsgər (red. – Ruslan Pənahov) də məhz həmin prinsip əsasında geri qaytarılıb: “Araşdırma aparılıb və Azərbaycan əsgərinin həqiqətən də sadəcə olaraq azaraq sərhədi keçdiyi təsdiqini tapıb. Hərbçini hər hansı səbəblə ittiham etməyə əsas olmadığına əmin olub, onu azadlığa buraxdıq. Əminəm ki, qarşı tərəf də əsgərimiz azarsa, eyni prinsiplə hərəkət edəcək”.